”Rusiyaya qarşı sanksiyaları gücləndirəcəyik”
ABŞ prezidenti Barak Obama Krımın iqtisadi blokadaya alınması ilə bağlı qərarı təsdiq edib.
Teleqraf.com newsgeorgia.com-a istinadən xəbər verir ki, Obama amerikalılara bu bölgə ilə istənilən iqtisadi münasibətləri qadağan edib: “Bu gün mən Ukraynada vəziyyəti yaxşılaşdırmaq üçün daha bir addım atdım. Krıma məhsul, texnologiya və xidmətlərin ixracını, idxalını, bura sərmayə qoyulmasını qadağan edən fərman imzaladım”.
Obama əlavə edib ki, ABŞ Krımın ilhaqını daim pisləyəcək: “ABŞ Krımın Rusiya tərəfindən ilhaqını qətiyyətlə pisləyir. Həmçinin Krımın Ukraynanın şərqində separatçılara yardım etməsinə də imkan verməyəcəyik. Lazım gəldikdə isə Rusiyaya qarşı sanksiyaları gücləndirəcəyik. Bu, Rusiyanın hərəkətlərinə düzgün cavabdır”.
Samir