İraqın Anbar vilayətində İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatına qarşı əməliyyat keçirilib.
Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, bu barədə vilayətin polis rəisi Kazım Məhəmməd Əl-Fəhdavi məlumat verib. Onun sözlərinə görə, 4 mövqedən aparılan genişmiqyaslı hücumlar zamanı yaranan toqquşmalarda ən azı 30 terrorçu öldürülüb.
Təxminən 5 saat davam edən münaqişədə İraq təhlükəsizlik qüvvələrinin də itki verdiyini qeyd edilib.
Samir