30 Dekabr 2022 14:28
682
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə Suriya ilə razılaşa bilər”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə müdafiə naziri Hulusi Akar deyib.

“Əvvəlcə kəşfiyyat orqanları, daha sonra nazirlər arasında danışıqlar oldu. Bu proses müsbət inkişaf etdikdən sonra şərait uyğun olarsa, liderlər səviyyəsində də görüş ola bilər. Hakan Fidanla görüşümüzdə narahatlığımızı bildirdik. Bununla bağlı heç bir mənfi rəy olmadı. Dedik ki, əsas məqsədimiz terrorla mübarizədir. İlk görüş idi, yenə görüşəcəyik, danışacağıq. Hədəf qoymuşuq, hədəf terrorçulardır. Suriyalı qardaşlarımıza da dedik ki, heç vaxt onlara zərər verəcək hərəkətlər etməmişik”, - nazir bildirib.

Akar əlavə edib:

“Əsas məqsədlərdən, qaçqın məsələsinin həllindən və terrorizmlə mübarizədən danışdıq. Bu mövzuları inkişaf etdirməyə çalışacağıq. İki məsələ var, onlardan biri odur ki, istənilən yerdə siyasi danışıqlar aparıla bilər və bunun üzərində iş gedir. Başa düşdük ki, razılaşa bilərik. Ümid edirik ki, bu proses daha da inkişaf edəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu