31 Dekabr 2022 19:58
359
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Rusiyanın XİN rəhbəri Sergey Lavrov arasında telefon danışığı olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin tviter səhifəsində məlumat verilib.

Nazirlər xarici işlər nazirlikləri arasında 2023-cü il üçün əməkdaşlıq planlarını, o cümlədən Suriya probleminin nizamlanması ilə bağlı addımların gələcək koordinasiyasını müzakirə ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər