8 Yanvar 2023 18:12
1 629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanla Türkiyə arasında gərginlik son zamanlar Afinanın təxribatları ilə artıb. Xüsusilə yunan mətbuatında Türkiyənin ABŞ-dan alacağı ehtimal edilən F-16-lar gündəmdən düşmür.

Teleqraf.com xəbər verir ki, Yunanıstanın təhsil nazirinin müavini və beynəlxalq hüquq professoru Angelos Sirqosun dedikləri ölkədə böyük əks-səda yaradıb.

“Türkiyənin F-16-larını almasını istəyirik. İndi yox, uzunmüddətli perspektivdə, çünki biz onların Qərb tərəfindən idarə olunmasını istəyirik”, - professor deyib.

Bundan əlavə, Rusiya döyüş təyyarələrindən danışan Sirqos bunun “ən pis ssenari” olduğunu bildirib: “Rusiya silah sisteminə malik Türkiyəni nəzərdən keçirək”.

Sirqosun bu sözləri ABŞ-dakı yunan lobbisinin reaksiyasına səbəb olub. Yunan-Amerika Şurasının direktoru Eddi Zemenidis bildirib ki, Sriqosun mövqeyi milli xətdən kənardır.

Bundan əlavə, Zemenidis belə iddiaların “Türkiyə agentləri” tərəfindən tez-tez gündəmə gətirildiyini deyərək, Yunanıstan rəsmisini ittiham edib.

Zemenidisin sözləri Yunanıstanda müzakirələrə səbəb olub.


Müəllif: Mənsur Rəğbətoğlu