2 Fevral 2023 16:00
1 157
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Tezliklə “Kızıl Elma” döyüş təyyarəsini istifadə etməyə başlayacağıq”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə müdafiə naziri Hulusi Akar deyib.

“Terrorla mübarizə həm ölkə daxilində, həm də sərhədlərin o tərəfində davam edir. Bu əməliyyatlar özünümüdafiə çərçivəsində həyata keçirilir. Əməliyyatlar son terrorçu zərərsizləşdirilənə qədər davam edəcək”, - nazir bildirib.

Akar Türkiyə sərhədlərinin ən qabaqcıl vasitələrlə qorunduğunu söyləyib: “Yeganə hədəfimiz terrorçulardır. Amma bu məsələni təhrif edirlər və buna qarşı ayıq-sayıq olmaq lazımdır”.

Qardaş ölkənin müdafiə naziri hərbi sənayedəki nailiyyətlərinə də diqqət çəkib:

“Yerli PUA-larımız, tanklarımız, helikopterlərimiz hazırlanıb və istehsal olunmaqdadır. Çatlasalar da, partlasalar da, öz döyüş təyyarəmizi hazırlayacağıq. Tezliklə “Kızıl Elma”nı istifadə etməyə başlayacağıq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər