Ukrayna Prezidenti Vladimir Zelenski Ukraynanın Avropa İttifaqı ilə bağlı danışıqlarınbu il başlayacağını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, dövlət başçısı bu barədə videomüraciətində bildirib.
"Belə bir fikir var ki, bu il Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqlara başlamaq olar. Tərəfdaşlar da ötən il olduğu kimi, bu il də onlar dövlətimizin müdafiə dəstəyini və Rusiyaya təzyiqləri, xüsusən də sanksiyalar təzyiqini daim gücləndirməlidirlər”, - o qeyd edib.