Odessa vilayətində əsas enerji infrastrukturu obyektlərindən birində qəza baş verib. Nəticədə rayonun bir hissəsi və rayon mərkəzi işıqsız qalıb.
Teleqraf.com xəbər verir ki, Odessa Regional Dövlət Administrasiyasının "Facebook"da verdiyi məlumata görə, artıq obyektdə xilasetmə əməliyyatı aparılır.
“Dövlət Fövqəladə Hallar Xidmətinin və digər idarələrin bütün qüvvə və vasitələri prosesə cəlb olunub, energetiklər enerji təchizatının bərpası üçün mümkün olan hər şeyi edilir”, - məlumatda deyilib.
Eyni zamanda sakinlərdən sakit olmaları və müvəqqəti narahatlığı anlamaları xahiş olunur.