7 Fevral 2023 13:01
1 119
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə və Macarıstan rəsmi Stokholmun NATO-ya üzvlük müraciətini təsdiqləməsə, Finlandiya İsveçsiz Şimali Atlantika Alyansına qoşulacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Finlandiyanın “İltaLehti” qəzeti rəsmi mənbələrə istinadən yazır.

Nəşr xatırladıb ki, Finlandiya və İsveçin NATO-ya üzvlük haqqında müraciəti artıq 30 üzvdən 28-i tərəfindən təsdiqlənib. Yalnız Türkiyə və Macarıstan hələlik bu yöndə qərar verməyə tələsmir.

“Finlandiya İsveçsiz NATO-ya üzv olmağa hazırdır. Türkiyə və Macarıstan yazda Finlandiyanın üzvlüyünü ratifikasiya etsə, belə bir vəziyyət yaranacaq”, - qəzet bildirir.

Rəsmi Helsinki bundan əvvəl NATO-ya İsveçlə birgə üzv olacaqlarını dəfələrlə bəyan etmişdi.

Finlandiya və İsveçin NATO-ya üzvlüklə bağlı birgə müraciətinin ratifikasiya prosesi Stokholmdakı anti-islam və anto-Türkiyə aksiyaları səbəbindən bu ilin əvvəlində dayandırılıb. Rəsmi Ankara İsveçlə müqayisədə Finlandiyanın durumunun bu baxımdan daha əlverişli olduğunu açıqlayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər