8 Fevral 2023 13:31
1 036
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yunanıstanın ən çox oxunan qəzetlərindən “Kathimerini” Türkiyənin 10 vilayətini yerlə-yeksan edən, minlərlə insanın ölümünə səbəb olan zəlzələ ilə bağlı karikatura dərc edib.

Teleqraf.com xəbər verir ki, nəşr yunanların Türkiyə xalqının yanında olduqlarını yazaraq, karikaturada “Hamımız türkük” ifadəsinə yer verib.

Fransanın “Charlie Hebdo” jurnalı isə dünən minlərlə insanın həyatına son qoyan olayla bağlı Türkiyəni ələ salmışdı.

İslam və türk düşmənçiliyi ilə seçilən jurnalın dərc etdiyi və üzərində zəlzələ nəticəsində dağılmış binaların əks olunduğu karikaturada “Tank göndərməyə ehtiyac yoxdur” sözləri yazılmışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər