8 Fevral 2023 19:11
468
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Volodimir Zelenski London səfərindən sonra Fransanın paytaxtı Parisə yola düşəcək.

Teleqraf.com xəbər verir ki, məlumatı BFM TV yayıb.

Məlumata görə, o, Parisdə Fransa Prezidenti Emmanuel Makronla görüşəcək.

Bildirilib ki, Volodimir Zelenski fevralın 8-də Parisə yola düşəcək.

Qeyd edək ki, fevralın 8-də Ukrayna Prezidenti Böyük Britaniyada səfərdə olub, Krallığın Baş naziri Rişi Sunakla görüşüb


Müəllif: Teleqraf.com