BMT rəsmiləri yaxın günlərdə Türkiyədə zəlzələ bölgəsinə səfər edəcək.
Teleqraf.com xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsünün müavini Fərhan Haq brifinqdə deyib.
Onun sözlərinə görə, BMT-nin Baş katibi Antoniu Quttereş zəlzələdən ziyan çəkən ölkələrin liderləri ilə əlaqə saxlayıb və bölgədə BMT-nin təcili yardım qruplarının səfərbər olduğunu bildirib.
Xilasetmə qrupları dağıntılar altında qalan insanların axtarışları ilə tam məşğuldur, pis hava şəraiti bunu bir qədər çətinləşdirir.