Rusiya qüvvələri Ukraynaya yenidən İran dronları ilə hücum edib.
Teleqraf.com xəbər veriir ki, Dnepropetrovsk vilayətinin yerli hakimiyyət orqanları sakinlərə düşmən pilotsuz təyyarələrinin mümkün hücumu barədə xəbərdarlıq edib.
Dnepropetrovsk, Zaporojye, Donetsk, Poltava, Sumi və Xarkov vilayətlərində hava həyəcanı elan edilib. Daha sonra İran dronlarından bəziləri Nikolayev vilayəti üzərində vurulub.