10 Fevral 2023 21:57
14 478
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hazırda Yaponiya ilə sülh müqaviləsinin imzalanmasının mümkünlüyü mövzusu Rusiya üçün qapalı olaraq qalır”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Sülh müqaviləsinin mövzusuna gəlincə, bu, bizim üçün qapalı olaraq qalır. Xatırladım ki, Rusiya Xarici İşlər Nazirliyinin 21 mart 2022-ci il tarixli bəyanatında açıq şəkildə qeyri-dost mövqe tutan və dövlətimizin maraqlarına xələl gətirməyə çalışan dövlətlə ikitərəfli münasibətlərə dair fundamental sənədin imzalanmasının müzakirəsinin mümkünsüzlüyünü nəzərə alaraq, Yaponiya ilə sülh müqaviləsi üzrə danışıqları davam etdirmək niyyətində olmadığımız açıq şəkildə ifadə edilib”, - diplomat bildirib.

Zaxarova həmçinin bildirib ki, ABŞ-ın hipersəs raketlərinin Yaponiyada yerləşdirilməsi regionda təhlükəsizlik durumunu dəyişəcək və dünyada strateji sabitliyə təsir edəcək. XİN sözçüsü Rusiyanın baş verənləri yaxından izlədiyini də söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər