11 Fevral 2023 01:36
674
12 Punto 14 Punto 16 Punto 18 Punto

1 milyondan artıq Türkiyə vətəndaşı zəlzələ nəticəsində müvəqqəti yerləşdirmə mərkəzlərində qalır.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay deyib.

"Təxminən 1 050 000 vətəndaşımız müvəqqəti yerləşdirmə mərkəzlərində qalır", - deyə o bildirib.

Onun sözlərinə görə, zəlzələ nəticəsində evsiz qalmış vətəndaşların yerləşdirilməsi üçün ölkə ərazisində 180 mindən artıq çadır və konteyner quraşdırılıb.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər