Türkiyədə baş verən güclü zəlzələdə dağılan bir çox binanın podratçısı olduqları müəyyən edilən Yavuz və Sevilay Karakuş Gürcüstana qaçmaq istəyərkən yaxalanıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, nəzarətə alınan və üzərindən 16 min dollar və 20 min lirə ələ keçirilən hər iki şəxs Hava Limanı Şöbə Müdirliyinə aparılıb.
Bundan başqa Pamukoğlu binasına rəhbərlik edən inşaat mühəndisi də Afyonkarahisarda saxlanılıb.
Dünən İstanbulda tutulan Qaziantepdəki Ayşe Mehmet Polat Kompleksinin podratçısı Mehmet Ertan Akay və Bahar mənzilinin podratçısı İbrahim Mustafa Uncuoğlu polis bölməsindəki prosedurlardan sonra Qaziantepə göndərilib.