Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabineti Fəlakət və Fövqəladə Halların İdarə Olunması İdarəsinin (AFAD) qərargahında toplanacaq.
Teleqraf.com xəbər verir ki, iclas Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
İclasa zəlzələ bölgəsində çalışan bəzi nazirlər videokonfrans vasitəsilə qatılacağı gözlənilir. Türkiyənin vitse-prezidenti Fuat Oktay yığıncaqda yeganə gündəmin Kahramanmaraşdakı zəlzələlər olacağını açıqlayıb: "Prezidentin sədrliyi ilə kabinetin iclasını keçirəcəyik və gündəmimiz tamamilə mövcud fəlakətlər, son vəziyyət və görülən, görüləcək tədbirlər mövzusunda olacaq".