Rusiya xilasetmə qrupu Kahramanmaraşda zəlzələlərdən sonra dağıntılar altından tapdıqları 150 min dolları polisə təhvil verib.
Teleqraf.com xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyindən verilən yazılı açıqlamada, Rusiya xilasetmə qrupunun Türkiyədə baş verən zəlzələlərlə əlaqədar axtarışlara davam etdiyi bildirilib.
Qrupun işlədikləri qalıqları arasında çoxlu 100 dollarlıq əskinas tapdığına dair məlumatların yer aldığı açıqlamada 150 min dolların polisə təhvil verildiyi vurğulanıb.