14 Fevral 2023 16:49
755
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İran İsfahandakı hərbi obyektlərinə dronlarla zərbə endirilməsinə cavab verə bilər ki, bu da Yaxın Şərqdə gərginliyin artmasına səbəb olacaq”.

Teleqraf.com xəbər verir ki, bunu KTMT-nin baş qərargah rəisi, general Anatoli Sidorov mətbuat konfransı zamanı deyib.

“Yanvarın sonunda İranın hərbi və infrastruktur obyektlərinə qarşı pilotsuz uçan aparatlarla təxribat və ya zərbələr İranın qisas almasına səbəb ola bilər ki, bu da regionda gərginliyin artmasına səbəb olacaq”, - rusiyalı general bildirib.

Yanvarın sonunda İranın İsfahan şəhərindəki bir sıra hərbi obyektlərinə hava zərbələri endirilib. Əməliyyatda PUA istehsal edilən zavid da hədəfə alınıb. İran baş verənlərə görə İsraili ittiham edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər