Rusiyanın adının dəyişdirilməsi ilə bağlı Ukrayna Prezidenti Vladimir Zelenskinin saytında yerləşdirilən petisiyada müzakirə üçün lazım olan 25 min imza toplanıb.
Teleqraf.com xəbər verir ki, müvafiq petisiya ötən il noyabrın sonunda Ukrayna prezidentinin saytında yerləşdirilib.
Təklifin müəllifləri “Rusiya” və “Rusiya Federasiyası” adlarının “Moskva” və “Moskva Federasiyası” adları ilə əvəz edilməsini tələb ediblər. Onlayn petisiya platformasının qaydalarına görə, Zelenski indi bu təklifə rəsmi cavab verməlidir.
Bundan əvvəl Zelenskinin saytına rusların ölkəyə girişinə qadağa qoyulması təklifi ilə daha bir petisiya təqdim edilib.
Rusiyanın adının dəyişdirilməsi məsələsi daha əvvəl Ukrayna Ali Radasında müzakirə olunub. Ancaq bu günə qədər bu məsələ ilə bağlı heç bir rəsmi addım atılmayıb.