Dağıntıların təmizlənməsi işlərindən sonra Ərdoğanın bəzi nazirləri, valiləri və bələdiyyə sədrlərini vəzifədən azad edəcəyi iddia olunur.
Teleqraf.com xəbər verir ki, bu iddia ilə Avrasiya Araşdırmaları Mərkəzinin rəhbəri Kamal Özkiraz çıxış edib.
Kamal Özkiraz qeyd edib ki, prezident Rəcəb Tayyib Ərdoğan zəlzələdən zərər çəkmiş vilayət və rayonların bələdiyyə sədrlərini əvəzləyəcək.
Özkirazın iddiasına görə, Ərdoğan Qaziantep, Malatya, Qəhramanmaraş, Şanlıurfa Böyükşəhər Bələdiyyə Başçıları və zəlzələdən ağır zərər görən Adıyaman bələdiyyə sədrinin istefasını tələb edəcək:
"Eyni zamanda vali dəyişəcək. Kabinetdə də dəyişikliklər gündəmdədir. Siyahıda adı çəkilənlər arasında nəqliyyat naziri Adil Karaismailoğlu, ətraf mühit və şəhərsalma naziri Murat Kurum və daxili işlər naziri Süleyman Soylu da var".