"Ukrayna bir neçə aydan sonra hücuma keçməyə hazır olacaq".
Teleqraf.com xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Oliksiy Reznikov deyib.
O bildirib ki, bəzi silahlardan istifadə təlim tələb edir: "Bu müddət təxminən bir neçə aydır. Sonra isə biz tam hazır olacağıq və Baş Qərargahın rəhbərliyi ilə müəyyən hadisələr baş verəcək".