15 Fevral 2023 20:48
1 623
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Parlamenti (AP) Gürcüstanın sabiq Prezidenti Mixeil Saakaşvili ilə bağlı qətnamə qəbul edib.

Teleqraf.com xəbər verir ki, Gürcüstan hakimiyyətinə Saakaşvilinin xaricdə müalicə alması üçün şərait yaratmaq çağırışı edilib.

Həmçinin Gürcüstan Prezidenti Salome Zurabişviliyə də Mixeil Saakaşvilini əfv etməsi çağırışı edilib.

Qeyd olunub ki, Mixeil Saakaşvilinin azadlığa buraxılması Gürcüstanda siyasi qütbləşməni azaldacaq. Parlamentarilər bu məsələnin Gürcüstanın Aİ namizədliyi perspektivlərini ləngitmək riski yaratdığını da qeyd ediblər.

Vurğulanıb ki, sabiq Prezident Saakaşvili kimi məhbuslara münasibəti Gürcüstanın Avropa dəyərlərinə sadiqliyinin göstəricisidir. Bu gün səsə qoyulan qətnaməni 577 deputat dəstəkləyib. 33 deputat sənədin əleyhinə səs verib, 26 deputat isə bitərəf qalıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər