19 Fevral 2023 01:03
1 043
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da baş verən hadisə dünya mətbuatının gündəminə çevrilib.

Teleqraf.com xəbər verir ki, Məhbus Entoni Mitçelin çəkdiyi işgəncə bütün ölkədə rezonans doğurub. Bölgədəki həbsxanalardan birində qalan və işgəncələr görən Mitçel mühafizəçilər tərəfindən pis rəftar edildikdən sonra vəhşicəsinə qətlə yetirilib.

Narkotik saxlamaq və polisə atəş açdığı üçün həbs edilən Mitçel həm psixi, həm də fiziki sağlamlıq problemlərindən əziyyət çəkirmiş.

Dəhşətli hadisə həbsxanada işləyən Karen Kelli adlı qadının baş verənləri Mitçelin ailəsi ilə bölüşməsi ilə üzə çıxıb. Kameraya düşən həmin anlarda Mitçelin ağır döyüldüyü və öldüyü ortaya çıxıb.

Məhkumun ailəsi beləliklə Uoker dairəsinin şerif ofisini məhkəməyə verib.

“Bu, indiyə qədər gördüyüm ən pis məhbus ölümüdür”,- vəkil Con Qoldfarb deyib.

Qalmaqalda həbsxana mühafizəçiləri Miçeli lüt soyundurub, sonra isə məhbusu mətbəxin dondurucu otağına qoyublar. Mitçel yanvarın 26-da mətbəxdəki dondurucuda hipotermiyadan ölüb. Xəstəxanada aparılan araşdırmalardan sonra Miçelin bədən istiliyinin 26 dərəcəyə düşdüyü bildirilib.


Müəllif: Nemət

Oxşar xəbərlər