Türkiyənin milli müdafiə naziri Hulusi Akar ölkədə baş verən zəlzələdən sonra 10 633 suriyalının ölkəsinə qayıtdığını açıqlayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
“Zəlzələdən sonra 10 633 suriyalı könüllü şəkildə torpaqlarına qayıdıb”, - nazir vurğulayıb.
Eyni zamanda, Hulusi Akar Suriyadan Türkiyəyə kütləvi miqrant axınının olmasına dair mətbuatda yayılan məlumatları da təkzib edərək nə sərhəd-keçid məntəqələrində, nə də sərhəd xəttindən gəlişin olduğunu vurğulayıb.