20 Fevral 2023 09:40
943
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna ordusu şərtlərə uyğun olaraq Baxmutu müdafiə edəcək.

Teleqraf.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

Prezident bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Baxmutu müdafiə etməsi vacibdir:

"Ancaq bu, nəyin bahasına olursa, olsun oranı qorumaq anlamına gəlmir. Bəli, ora o qədər də böyük şəhər deyil. Əslində, Donbassda ruslar tərəfindən dağıdılan şəhərlərdən biridir. Onu müdafiə etmək bizim üçün vacibdir, lakin məğlubiyyət bahasına deyil. Nə qədər mümkündür döyüşəcəyik. Ruslar daha sonra Kramatorsk və Slavyanska, Donbass sərhədlərinə və Dneprə qədər getmək istəyirlər”.

Zelenski Putinin hazırladığı uzun sürən müharibə planına Ukraynanln tab gətirib-gətirməyəcəyinə də cavab verib: “Biz qısa bir müharibəyə və qələbəmizə hazırlaşırıq. Nə qədər tez olsa, bir o qədər az qurbanımız olacaq. 2014-cü ildə münaqişə dondu və bizə sərf etmədi. Minsk razılaşmaları Putinə ötənilki qəfil hücumu hazırlamağa vaxt verdi. Bir daha eyni tələyə düşməyəcək. Əsgərlərimiz daha həvəslidirlər, çünki ailələrini, evlərini qoruyurlar”.


Müəllif: Nemət

Oxşar xəbərlər