20 Fevral 2023 10:25
1 261
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya liderinin bacısı Kim Yo Conq ABŞ-ın raket buraxılışlarını intensivləşdirməsinə cavab olaraq Pxenyanın nadir hallarda raket atdığı Sakit okeanda bu fəaliyyətini intensivləşdirməklə hədələyib.

Teleqraf.com xəbər verir ki, Yo Conq ABŞ-ın Koreya yarımadasında strateji zərbə silahlarını aktivləşdirdiyini deyib.

Onun sözlərinə görə, Pxenyan onların Şimali Koreyanın təhlükəsizliyinə qarşı hərəkətlərini diqqətlə nəzərdən keçirir və müvafiq cavab tədbirləri görəcək.

“Sakit okeanın poliqonumuz kimi intensiv istifadə məsələsi Amerika qoşunlarının hərəkətinin xarakterindən asılıdır”. – Yo Conq bildirib.

Sonuncu dəfə Şimali Koreyanın buraxdığı raket ötən il oktyabrın 4-də Yaponiya üzərindən uçaraq Sakit okeana düşüb. Bundan əvvəl Pxenyan belə bir sınağı 2017-ci ilin sentyabrında keçirib.

2022 Şimali Koreya tərəfindən raket buraxılışlarının sayına görə rekord il olub, 37 buraxılışda 70-dən çox raket atılıb. Şimali Koreya bu il də aktiv raket sınaqlarını davam etdirir. Məsələn, fevralın 18-də Hokkaydo adasının şimalından 200 kilometr qərbdə, Yaponiyanın azad iqtisadi zonasına düşən “Xvason-15” qitələrarası ballistik raketini buraxıb.

Qeyd edək ki, Kim Yo Conq Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin şöbə sədrinin müavini postunu tutur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər