İsrail Suriyanın paytaxtı Dəməşq yaxınlığında İran və Livan Hizbullahına məxsus hədəfləri bombalayıb.
Teleqraf.com xəbər verir ki, hava hücumu nəticəsində 15 nəfər həlak olub.
Suriya İnsan Haqları Müşahidə Qrupu bombardman nəticəsində dövlət təhlükəsizlik təşkilatlarının yerləşdiyi 10 mərtəbəli binaya ciddi ziyan dəydiyini bildirib.
Məlumata görə, İsrailin Dəməşqə vətəndaş müharibəsi başlayandan bəri ən qanlı hücumunda iki qadın, o cümlədən 10 hərbçi də daxil olmaqla mülki vətəndaşların öldüyü bildirilir. Çoxmərtəbəli bina ilə yanaşı, rejim tərəfdarı olan İran və Hizbullah döyüşçülərinin istifadə etdiyi anbar da bombardmanda hədəfə alınıb.
***
İsrail Hərbi Hava Qüvvələrinə məxsus 4 F-16 qırıcısının aviazərbələri nəticəsində Dəməşqdə Texniki İnstitutun və Mədəniyyət Mərkəzinin binaları dağılıb.
Teleqraf.com xəbər verir ki, bunu rusiyalı general-mayor Oleq Qurinov deyib.
“Fevralın 19-u saat 00.22-dən 00.27-dək İsrailin dörd F-16 taktiki qırıcısı Qolan təpələrindən raket hücumu həyata keçirib, nəticədə Texniki Tətbiqi İncəsənət İnstitutunun və Kəfr Sus ərazisindəki mədəniyyət mərkəzinin binaları dağıdılıb. Suriya tərəfinin məlumatına görə, 5 nəfər ölüb, 15 nəfər yaralanıb”, - Qurinov bildirib