21 Fevral 2023 17:36
712
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus Prezidenti Aleksandr Lukaşenko martın ortalarında İrana səfər edəcəyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə o, İranın Belarusdakı səfiri Səid Yari ilə görüşündə məlumat verib.

Lukaşenko deyib ki, iranlı həmkarı ilə iki ölkə arasında münasibətlərə dair mühüm məsələləri müzakirə etmək niyyətindədir.

“Əminəm ki, bu, əlamətdar görüş olacaq və İranda aparılan danışıqlar bizi daha yüksək əməkdaşlıq səviyyəsinə qaldıracaq. Əsas odur ki, bu anı əldən verməyək”, - Belarus başçısı söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər