Ukraynanın 2 milyard dollarlıq əlavə təhlükəsizlik yardımı alacağını deyən ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan rəsmi Kiyevin F-16 döyüş təyyarələri tələbi ilə bağlı açıqlama verib.
Teleqraf.com xəbər verir ki, Sallivan ABŞ Prezidenti Co Baydenin Ukraynaya səfərinin bu ölkəyə edilən yardımlar çərçivəsində daha çox sursat və yüksək texnologiya daxil olmaqla yeni yardımlar da gətirdiyini bildirib.
“ABŞ Ukraynaya əlavə 2 milyard dollarlıq təhlükəsizlik yardımı paketi elan edib”, - ABŞ rəsmisi deyib.
Kiyevin F-16 tələbi ilə bağlı Sallivan qeyd edib ki, Ukrayna mühüm əks-hücuma keçmək üzrədir və onlar F-16-ların bu hücumlar çərçivəsində əsas vasitələr olduğunu düşünmürlər:
“F-16-lar qısamüddətli müharibə məsələsi deyil, Ukraynanın uzunmüddətli müdafiəsi məsələsidir”.
Onun sözlərinə görə, Bayden və Ukrayna Prezidenti Vladimir Zelenski də məsələni bu şəkildə müzakirə ediblər.
ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları bu gün elan edəcəyi gözlənilir.