25 Fevral 2023 14:59
1 577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə polisinin keçirdiyi əməliyyat zamanı Konya şəhərində terror aktı hazırlayan PKK/KCK terror təşkilatının üzvü yaxalanıb.

Teleqraf.com xəbər verir ki, Xveza Lilav ləqəbli Gülda Bəbək İranda PKK/KCK terror təşkilatının sıralarında “xüsusi təyinatlı” kimi fəaliyyət göstərib.

İrandan terror aktı törətmək məqsədilə ölkəyə daxil olduğu barədə məlumat alan türk kəşfiyyatı Xvezanı Konyanın Məram mahalında gizləndiyi evdə ələ keçib.

Məlumata görə, terrorçu orada hərəkətə keçmək üçün rəhbərlikdən təlimat gözləyib.

Əməliyyat nəticəsində yaxalanan təşkilat üzvünün gizləndiyi ünvanda çoxlu sayda silah-sursat və partlayıcı vasitələr aşkar olunaraq götürülüb.

Qanlı aksiyanı həyata keçirmək üçün son hazırlıqlarını gördüyü bildirilən Xveza Lilav yaxalanmasaydı, ötən aylarda İstanbulun Taksim meydanında baş verən terakta bənzər terror aktı törədəcəkdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər