Məşhur simalar Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra dəstək kampaniyalarını davam etdirirlər.
Teleqraf.com xəbər verir ki, "Quruluş Osman" serialının baş rol oyunçusu Burak Özçivit zəlzələ nəticəsində evsiz qalan insanlar üçün aparılan "Evim yuvan olsun" kampaniyası üçün çağırış edib.
"Zəlzələdən zərər çəkən bir çox insanın isti yuvaya ehtiyacı var. Evim yuvan olsun deyirsinizsə, siz də bu kampaniyaya qoşulun, Evimyuvanolsun.org yazıb sayta daxil olun", - deyə bildirib.