Misir xarici işlər naziri Sami Şükrü 2011-ci ildən bəri nazirlər səviyyəsində Suriyaya ilk rəsmi səfərini edib.
Teleqraf.com xəbər verir ki, Şükrünü Dəməşq beynəlxalq hava limanında suriyalı həmkarı Feysəl Mikdad qarşılayıb.
Misirli nazir Mikdadla görüşdükdən sonra Suriya lideri Bəşər Əsəd tərəfindən qəbul edilib.
Misir xarici işlər naziri Suriyadan Türkiyəyə gələcək.