Rusiya Federasiyasının Sankt-Peterburq və Leninqrad vilayəti üzərində 200 kvadrat kilometr hava məkanı bağlanıb.
Teleqraf.com xəbər verir ki, mülki təyyarələr səmada “yadplanetlilərin” olması səbəbindən gözləmə zonasına köçürülüb.
"Baza" Teleqram kanalının yaydığı məlumata görə, on minlərlə istifadəçi qapalı ərazinin yaxınlığında dövr edən uçuşları izləyir.
“Ərazidə “Xalça” planı tətbiq edilib. Bu plan sərhədin pozulması, eləcə də hava məkanında naməlum obyektlər peyda olanda tətbiq edilir. Siqnal o deməkdir ki, bütün təyyarələr dərhal yerə enməli və ya ərazini tərk etməlidir”, - Telekanal qeyd edib.
Ardınca “Baza” Sankt-Peterburq üzərində hava məkanının saat 13:00-a qədər bağlı olduğunu bildirib. "Pulkovo" hava limanında demək olar ki, bütün uçuşlar indi gecikmə ilə həyata keçirilib. Şəhərə uçan təyyarələr, xüsusən Kalininqrad-Moskva reysi uçuş hava limanlarına qayıdır.
Daha sonra “Xalça” siqnalının ləğv edildiyini bildirilib. TASS artıq məhdudiyyətlərin aradan qaldırıldığını yazıb.