28 Fevral 2023 16:57
1 892
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aylardır vahid namizədlə bağlı konsensusa gələ bilməyən Türkiyənin müxalif “Altılıq Masası” blokunun (və ya Millət İttifaqının) martın 2-nə təyin edilən son iclasında öz namizədini açıqlayacağı bildirilib.

Teleqraf.com xəbər verir ki, bu barədə bloka daxil olan İYİ partiyanın sözçüsü Kürşad Zorlu açıqlama verib.

“Martın 2-də Millət İttifaqı prezidentliyə namizədliyini irəli sürəcək”, - partiya sözçüsü söyləyib.

Zorlu İYİ Partiyanın namizədini müəyyən etmək üçün sədr Maral Akşənərə tam səlahiyyət verildiyini də deyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər