Rusiya xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Entoni Blinken arasında Hindistanda keçirilən G20 sammiti çərçivəsində nəzərdə tutulan görüş ABŞ-ın mövqeyinə görə baş tutmayıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məlumat verib.
“Bu məsələdə (Lavrov-Blinken görüşünün uğursuzluğu – red.) şübhə varmı? Fikrimcə, ABŞ-ın mövqeyi aydın və sadədir, onlar dünyada bütün münaqişələrin qızışdırılmasının tərəfdarıdırlar və təəssüf ki, diplomatiyanı ikinci plana atıblar”, - Zaxarova vurğulayıb.
Qeyd edək ki, martın 1-2-də Hindistanda G20 ölkələrinin xarici işlər nazirlərinin görüşü keçirilir.