Türkiyənin Bursa vilayətinin Mudanya rayonunda tikinti sahəsində qazıntı işləri aparılarkən sarkofaq aşkarlanıb.
Teleqraf.com xəbər verir ki, tikintini aparan şirkət Mudanya rayonunun Xalid Paşa məhəlləsində sarkofaqın aşkarlanması barədə aidiyyəti qurumlara məlumat verib.
Bölgəyə gələn arxeoloqların nəzarəti ilə aparılan araşdırma zamanı sarkofaqın içində sümüklər olduğu müəyyən edilib. Tapıntının hansı dövrə aid olduğunu müəyyənləşdirmək üçün sarkofaq çıxarılacaq və sümüklər Bursa Arxeologiya Muzeyinə aparılacaq.