Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya-Ukrayna müharibəsinin sülh yolu ilə bitəcəyini iddia edib.
Teleqraf.com xəbər verir ki, o, bu barədə Çinin CGTN telekanalına müsahibəsində danışıb.
“Münaqişəni sona çatdırmaq üçün bu məqamdan istifadə etməliyik. Hər halda, hər bir müharibə sülhlə başa çatır və bu da sülhlə bitəcək. Yalnız bir yol var - sülh”, - Lukaşenko bildirib.
Onun sözlərinə görə, ABŞ və digər Qərb ölkələri Ukraynanı Rusiya ilə danışıqlara getməməyə sövq edir.
Bundan əvvəl Lukaşenko bildirmişdi ki, Ukrayna Rusiya ilə ilkin şərt olmadan indi sülh müqaviləsi imzalamalıdır. O, həmçinin demişdi ki, Ukrayna tərəfindən (Belarusa) təcavüz olacağı təqdirdə müharibə tamamilə fərqli xarakter alacaq, belə bir ssenaridə Belarus Çin də daxil olmaqla bütün dünya ictimaiyyətinin dəstəyini alacaq.