Kreml martın 9-da Rusiya cəmiyyətində apardığı təbliğat çərçivəsində rusları razı salmaq üçün Ukraynaya kütləvi raket hücumu təşkil edib.
Teleqraf.com xəbər verir ki, ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) bu qənaətə gəlib.
Amerikalı analitiklər deyirlər ki, martın 9-da Ukraynanın kütləvi atəşə tutulması bu il Rusiyanın ən böyük hava hücumu olmasına baxmayaraq, döyüş meydanında heç bir real fayda gətirməyib.
“Böyük ehtimalla, Kreml belə raketlərin ehtiyatının azalmasına baxmayaraq, Rusiyanın informasiya məkanında nəticə əldə etmək üçün Ukraynanın hava hücumundan müdafiə sisteminin qarşısını ala bilməyəcəyi raketləri qəsdən atıb”, - ISW bildirir.
Təhlildə vurğulanır ki, Rusiya Müdafiə Nazirliyi Ukraynanı atəşə tutmasını “terror hücumlarına görə qisas” kimi izah edir. Bununla martın 2-də Bryansk vilayətində baş verənlərə işarə vurur. ISW-yə görə, Vladimir Putin ondan qisas tələb edən Rusiyanın müharibəpərəst və ultra-millətçi dairələrini sakitləşdirməli idi.
Rusiyalı bloqqerlər və təbliğatçılar da Putini raket hücumunda yol verdiyi səhvlərə və Ukraynanı dayandıra bilməməsinə görə tənqid edirlər.