14 Mart 2023 22:43
2 132
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) millət vəkili Məhmət Əli Cövhəri Məmləkət partiyasının sədri Məhərrəm İncəyə sürpriz təklif verib.

Teleqraf.com xəbər verir ki, millət vəkili İncəni Cümhur İttifaqına (AKP-MHP) qoşulmağa çağırıb.

“Bu gün dəstəkləməyiniz lazım olan ittifaq bizim ittifaqımız olmalıdır”, - siyasətçi bildirib.

Cövhəri parlamentdə Məmləkət Partiyasına qarşı böyük dözümsüzlüyün olduğunu deyib:

“Bu gün Məhərrəm İncənin xətti türk soludur. Ona görə də vətənpərvərlik anlayışı var. Məhərrəm bəy üçün ölkənin birliyi, bütövlüyü, bayrağı, dövləti çox önəmlidir. Bizdə də xüsusilə Türkiyənin bu nöqtələrində çox ciddi bir həssaslıq var. Bizim üçün dövlət xalq üçün var, bayrağımız, vətənimizin bölünməz bütövlüyü bizim üçün vacibdir”.

Millət vəkili Məhərrəm İncənin 2018-ci il prezident seçkilərində “Kişi qalib gəldi” (Prezident Rəcəb Tayyib Ərdoğan üçün) deməsinin bir haqqı haqqı olana çatdırmaq olduğunu vurğulayıb:

“O kişi yenə qalib gələcək, çünki kişidir. Bunu da xüsusi qeyd etmək lazımdır. Bu gün sizi partiyadan kənarlaşdıran bir zehniyyətlə yenidən bir yerdə olmaq sizi dəstəkləyən insanlarda çox ciddi məyusluq yaradacaq. Bunu xüsusilə demək istəyirəm. Əlbəttə, bir partiyanın daxili işlərindən danışmaq mənim işim deyil, amma bu dəvəti edəndə mənim tolerantlığıma hörmət edəcəyinizi düşünürəm. Sizi bizə qoşulmağa dəvət edirik. Sizinlə ortaq cəhətlərimiz çoxdur. Bu gün bizi dəstəkləyən partiyaların ortaq nöqtəsi budur. Türkiyənin qurtuluşu Cümhur İttifaqı və bizi dəstəkləyən anlayış çərçivəsində baş verəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər