17 Mart 2023 21:28
2 181
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Prezidenti Vladimir Zelenski ilə Çin lideri Si Cinpin arasında mümkün telefon danışığı ilə bağlı şayiələri şərh edən xarici işlər naziri Dmitri Kuleba Pekinin Kiyevin onunla görüşmək cəhdlərinə müqavimət göstərdiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, Kuleba prezidentin Çin başçısı ilə telefon danışığına hazır olduğunu deyib.

“Düşünmürəm ki, indi Çinin Rusiyanı silahlandırmağa hazır olduğu vaxtdır”, - nazir əlavə edib.

Ukrayna prezidenti aparı rəhbərinin köməkçisi Mixail Podolyak isə bildirib ki, iki lider arasında söhbətin yaxın gələcəkdə baş tutacağını hələ dəqiqliklə söyləmək mümkün deyil. Onun sözlərinə görə, Zelenski, xüsusən də Çinə müharibənin mahiyyətini və Ukraynanın buradakı mövqeyini nəyə görə nəzərdən qaçırmaq mümkün olmadığını izah etməyə hazırdır.

Bundan əvvəl ABŞ-ın “The Wall Street Journal” nəşri Si Cinpinin genişmiqyaslı işğalın başlanğıcından bəri ilk dəfə Zelenski ilə danışıqlar aparmaq niyyətindən yazıb. Nəşrin iddiasına görə, söhbət Çin liderinin Moskvaya səfərindən sonra baş tutacaq.

Çin indiyədək Rusiya-Ukrayna müharibəsi ilə bağlı nisbətən neytral mövqe tutsa da, beynəlxalq siyasətdə Moskva ilə yanaşı oynayır. Məsələn, Çin diplomatları dəfələrlə BMT-də Rusiyanı dəstəkləyiblər.

İşğalın ildönümündə Pekin Rusiya və Ukrayna arasında “sülh planı”nı təqdim edib. Bununla belə, orada heç bir konkretlik göstərilməyib, yalnız qeyri-müəyyən mühakimələr və Rusiyaya qarşı bütün sanksiyaların ləğvi çağırışları yer alıb.

Ukrayna və Qərb Çinin Rusiyaya silah ötürə biləcəyindən ehtiyat edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər