18 Mart 2023 23:45
2 274
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin müxalif Demokratik Sol Partiyasından (DSP) seçki ilə bağlı diqqətçəkən açıqlama gəlib.

Teleqraf.com xəbər verir ki, DSP sədri Öndər Aksakal PKK terror təşkilatının siyasi qanadı HDP-nin olduğu bir bloku (müxalifətin Millət İttifaqı) dəstəkləməyəcəklərini deyib.

“Demokratik Sol Partiyası qarşıdan gələn seçkilərdə prezidentliyə namizəd irəli sürmək niyyətində deyil. Çünki namizədin irəli sürülməsinin real olmadığını görürük. Parlament seçkilərində fəal iştirak edəcəyik. Ölkəmizin bölünməz bütövlüyü, millətimizin birliyi, güclü iqtisadiyyatı çox önəmlidir. Biz də fəal iştirak edəcəyik.

DSP HDP-nin yer aldığı bir ittifaqda ola bilməz. Əgər DSP ilə əməkdaşlıq üçün müraciət olarsa, bayaq dediyim kriteriyalara cavab verən blok aidiyyəti qurumlarımız tərəfindən qiymətləndiriləcək”, - Aksakal bildirib.

DSP-nin təsisçisi Türkiyənin mərhum lideri Bülənt Ecevitdir. Partiyanın seçkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın namizədliyi ilə gedən Cümhur İttifaqını dəstəkləyəcəyi ehtimal olunur. Cümhur İttifaqı hazırda Yenidən Rifah Partiyası ilə danışıqlar aparır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər