19 Mart 2023 10:23
643
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu gün keçirilən növbədənkənar parlament seçkilərində səs verib.

Teleqraf.com xəbər verir ki, dövlət başçısı paytaxt Astanada qeydiyyatda olduğu seçki məntəqəsinə gedib.

Seçkilərdə qeydiyyatdan keçmiş 7 partiyanın hamısı iştirak edir.

Səsvermə qarışıq seçki sistemi üzrə təşkil olunur: Milli Məclisin deputatlarının 70 faizi partiya siyahıları, 30 faizi birmandatlı seçki dairələri üzrə seçilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər