20 Mart 2023 13:43
3 744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Küveyt Konstitusiya Məhkəməsi ötən ilki parlament seçkilərinin nəticəsini ləğv edib və 2020-ci ildə buraxılmış parlamentin bərpa olunmasına qərar verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Küveytin rəsmi agentliyi KUNA məlumat yayıb.

Konstitusiya Məhkəməsi 2022-ci il sentyabrın 29-da keçirilən seçkilərin ləğv edilməsinə və seçkilərdə qalib gələnlərin mandatlarının etibarsız sayılmasına qərar verib.

Məhkəmənin ləğv qərarı 2020-ci ildə parlamentin buraxılması qərarının etibarsızlığı ilə əlaqələndirilib.

Konstitusiya Məhkəməsinin sözügedən qərarı ilə buraxılan 2020-ci il parlamenti “buraxılmamış” sayılacaq.

2020-ci ilin dekabrında Milli Məclislə hökumət arasındakı fikir ayrılığına görə parlament buraxılmışdı. Küveyt şahzadəsi Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah ötən ilin iyununda növbədənkənar seçkilərin keçiriləcəyini açıqlamışdı.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər