Bir neçə saat öncə Əfqanıstanda baş verən zəlzələ Pakistanda da hiss edilib.
Teleqraf.com xəbər verir ki, zəlzələ nəticəsində bir sıra binada çatlar əmələ gəlib, bir neçə hündürmərtəbəli bina yararsız vəziyyətə düşüb.
Eyni zamanda, insanlar qorxaraq küçələrə çıxıblar.
Pakistanda yaşayış binalarının damlarının və divarlarının uçması nəticəsində 2 nəfər ölüb.
Pakistan polisinin yaydığı məlumata görə, 150-yə yaxın insan yaralanıb. Rayon xəstəxanaları yüksək hazırlıq vəziyyətinə gətirilib.
Xatırladaq ki, bu gün Əfqanıstanda 6,5 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Gündüz şəhərindən 195 kilometr şərqdə, ocağı isə 194 kilometr dərinlikdə yerləşib.