Ramazan ayı münasibətilə Londonun məşhur "West End" küçəsi 30 000 lampa ilə işıqlandırılıb.
Teleqraf.com xəbər verir ki, işıqları şəxsən Londonun müsəlman meri Sadiq Xan yandırıb.
Merin sözlərinə görə, hazırda Londonda Ramazan bayramını 1,3 milyon müsəlman qeyd edir.
Xatırladaq ki, Ramazan ayı bu gündən başlayıb və aprelin 21-ə kimi davam edəcək.