Yaponiya sahillərində 5,4 maqnitudalı zəlzələ olub.
Teleqraf.com xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilir ki, zəlzələ 60 km dərinlikdə baş verib. Episentri Honsü adasında yerləşən, təxminən 428 min nəfər əhalisi olan Yokosuka şəhərindən 621 km cənub-şərqdə yerləşib.
Hələlik dağıntı və ya sunami təhlükəsi barədə məlumat verilməyib.