24 Mart 2023 15:07
988
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın keçmiş prezidenti Donald Tramp "Tramp Təşkilatı"ndakı maliyyə fırıldaqları ilə bağlı ona qarşı ittihamların bütün ölkə üçün fəlakətli ola biləcəyini deyib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə özünün "Truth Social" sosial şəbəkəsində yazıb.

"Tarixdə mövcud olan hər hansı prezidentdən daha çox səs toplayan və Respublikaçılar Partiyasının namizədliyi üçün əsas namizəd olan ABŞ-ın keçmiş prezidentini kim günahlandıra bilər? Bu mənə çox maraqlıdır. Hamı bilir ki, cinayət olmayıb.

Üstəlik belə bir saxta ittihamın nəticəsində yarana biləcək potensial ölüm və məhv ölkəmiz üçün fəlakətli ola bilər. Bunu yalnız ABŞ-a həqiqətən nifrət edən degenerativ psixopat edə bilər”- deyə Tramp vurğulayıb.

Qeyd edək ki, bir müddət əvvəl Trampın sözügedən maliyyə fırıldağı ilə bağlı işini aparan prokurordan qisas almaq niyyətində olduğu və siyasətçiyə qarşı cinayət işi qaldıra biləcəyi bildirilmişdi.


Müəllif: Pərvin Cəfərova

Oxşar xəbərlər