27 Mart 2023 12:30
9 930
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiya Avropadakı dondurulmuş aktivləri müqabilində Ukraynanı ala bilər”.

Teleqraf.com xəbər verir ki, bunu “Russia Today” telekanalının baş redaktoru Marqarita Simonyan deyib.

“Ağlıma belə bir fikir gəlib. Mərkəzi Bankımızın 300 milyard dollar aktivinə həbs qoyulub, bizə vermirlər, çıxış yolu təklif edirəm. Bu pulu bizimlə olmaq istəyən əraziləri almaq üçün ödəyirik. Bu əsas məsələdir: bizimlə olmaq istəyənlərə ehtiyacımız var, yadlara ehtiyacımız yoxdur. Şəxsən mənə Lvov lazım deyil. Bizə nifrət edən insanlara ehtiyacımız yoxdur. Amma öz torpağında bizimlə olmaq istəyənlər üçün o pullar Ukraynaya göndərilir. Onlar buna “kompensasiya” deyəcəklər, biz isə “alış-veriş” adlandıracağıq”, - Simonyan bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər