İtaliyaya məxsus “Norman Atlantic” bərəsində baş verən yanğın nəticəsində 8 nəfər ölüb, 427 nəfəri xilas etmək mümkün olub.
Teleqraf.com-un İTAR-TASS agentliyinə istinadən xəbərinə görə, bu barədə İtaliyanın nəqliyyat naziri Maurisio Lupi bildirib.
Xatırladaq ki, dekabrın 28-də Yunanıstanın Patra şəhərindən İtaliyanın Ankona limanına üzən bərədə güclü yanğın baş vermişdi.